Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb, sədr seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb, sədr seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, eləcə də Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

 

Reklam_3_11

Bu barədə Azərbaycan Kənd Təsərürfatı Naziriliyindən bildirilib.

 

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, balıqçılıqla məşğul olan sahibkarların iştirakı ilə təsis yığıncağı keçirilib.

 

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır.

 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Araz İsmayılov yeni yaradılan Assosiasiyanın balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının təşviqinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

 

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru və Nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov qeyd ediblər ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” balıqçılıq sahəsi ilə bağlı təkliflər hazırlaya və aidiyyati qurumlara göndərməklə bu sahənin inkişafına öz dəstəyini göstərə bilər. Qeyd olunub ki, Assosiasiya öz fəaliyyətini balıqçılıqla məşğul olanların bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.

 

Tədbirdə balıq istehsalı ilə məşğul olanlar çıxış edərək “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

 

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 14 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. “Furqan Balıq” MMC-nin direktoru Zaur Salmanlı Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

 

Sonda Assosiasiyanın gələcək fəaliyyəti və balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

23.07.2019 16:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ