Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

BVF qlobal iqtisadi inkişaf proqnozlarını aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF qlobal iqtisadi inkişaf proqnozlarını aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondunun (BVF) son Qlobal İqtisadi Proqnozlar hesabatına görə, qurum, 2019 və 2020 illərə dair qlobal iqtisadi artım proqnozunu aşağı salıb. 
 

"Marja" xəbər verir ki, qlobal ticarət və Brexit məsələlərində atılacaq səhv siyasi addımların qlobal inkişafa çox mənfi təsir edə biləcəyi xəbərdarlığını edən BVF, 2019 və 2020-ci illər üçün müvafiq olaraq 3.2% və 3.5% artım nəzərdə tutur. Hər iki proqnoz Aprel ayındakı proqnozlar ilə müqayisədə 0.1 faiz bənd aşağıdır.

 

Qurum bu ilə dair proqnozunu dəfələrlə aşağı salıb. BVF keçən il 2019-da iqtisadi artımın 3.9% olacağını gözləyirdi. 3.3 faiz və ya daha aşağı reallaşacaq bir qlobal artım, 2009-cu ildən bu yana qeydə alınan ən zəif artım olacaq.

 

Eyni zamanda BVF, mal və xidmətlərin qlobal ticarət həcminin artmasına dair proqnozlarını aşağı salıb. Qurum 2019-cu ilə dair proqnozunu 0.9 bənd azaldaraq 2.5%-ə endirib.
 

Aşağıdakı qrafikdə qurumun mərhələli olaraq aşağı saldığı 2019 təxminləri və müvafiq tarixlər yer alır. Ağ sütun qurumun 2019 və 2020-ci illər üçün ən son proqnozunu göstərir. Mavi Apreldə, narıcı Yanvarda, bənövşəyi  Oktyabrda proqnozun aşağı salınmasını göstərir.

 

Çin üçün endirilib, ABŞ üçün artırılıb
 

Qurum, Çinin builki artım proqnozunu 6.2%-ə, gələn ilə dair proqnozunu 6%-ə endirib. Hər iki ilin proqnozunu 0.1 bənd azaldıb.
 
 

Çində keçən həftə açıqlanan ikinci rüb artım göstəricisi 6.2 faiz idi.  Bu 1992-ci ildən bu yana ən yavaş artımdır.
 
 

BVF ABŞ-ın 2019-cu ilə dair iqtisadi artım proqnozunu 0.3 bənd l artıraraq 2.6%-ə qaldırıb. Qurum  ABŞ üçün 2020 proqnozunu dəyişməyərək  1.9%-də saxlayıb.
 

ABŞ-da ikinci rübün iqtisadi artım rəqəmləri Cümə günü açıqlanacaq. Ekspertlərin proqnozu inkişafın  3.1%-dən 1.8%-ə gerilədiyi istiqamətindədir.

24.07.2019 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ