"Meqa Sığorta" şirkətində kasko sığorta növü üzrə sığortalanmış "Nissan Patrol" markalı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək yol-nəqliyyat hadisəsi nəticəsində qəzaya uğrayıb.
Şirkətin Facebook səhifəsində yaydığı məlumata görə, baş vermiş hadisə nəticəsində avtomobilə ciddi zərər dəymişdir:
"17.07.2019-cu il tarixdə tərəfimizdən 72 000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edək ki, kaskonun məbləği avtomobilin bazar dəyərinə uyğun olaraq hesablanıb".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!