Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk: İkinci partiya barama tədarükünə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk: İkinci partiya barama tədarükünə başlanılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Zərdab rayonunda Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə ikinci partiya ipəkqurdu toxumu bəslənilir. Artıq ipəkqurdunun 70 faizi barama sarımağa başlayıb. Hətta yay yemləməsini 18-22-ci gün başa çatdıran bəzi təcrübəli kümçülər, o cümlədən İsaqbağı kəndindən Şahvələd Bayramov, Əlvənd kəndindən Mənsur İbrahimov və digərləri barama tədarük edirlər.

 

Reklam_3_11

Rayon icra hakimiyyətindən  bildirilib ki, hazırda onlarla kümçü barama tədarükünə başlayıb. Mütəxəssislərin ilkin proqnozlarına görə, ikinci mərhələdə rayon üzrə paylanılan ipəkqurdu toxumundan 10 tondan çox məhsul istehsalı gözlənilir.

 

2016-cı ildə Zərdabda cəmi 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 65 ton 321 kiloqrama çatdırılıb, 4 min nəfərə yaxın əhali bu sahədə mövsümü işlə təmin edilib. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olub.

 

Xatırladaq ki, bölgədə mövcud yem bazası və kümçülərin bu sahəyə marağı nəzərə alınaraq Çin Xalq Respublikasından gətirilən 300 qutu ipəkqurdu toxumu Qax Damazlıq Stansiyasında inkubasiya olunub və yerli kümçülərə pulsuz paylanılıb.

24.07.2019 13:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ