Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan yeni borc alır - Dünya Bankının missiyası Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan yeni borc alır - Dünya Bankının missiyası Azərbaycanda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dünya Bankından yeni kreditin alınması ilə bağlı danışıqlara başlayıb


 

Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib. 

 

Məlumata görə, Aymen Ahmed Osman Alinin rəhbərlik etdiyi missiya bu həftənin əvvəlindən Bakıda görüşlər keçirir.

 

İyulun 25-də Bakını tərk edəcək missiyanın “Azərbaycan Dəmir Yolları” QSC və digər aidiyyəti qurumlarda görüş keçirdiyi bildirilir.

 

Məlumata görə, danışıqlarda əsas mövzu Dünya Bankı Bakıdan Azərbaycanın Cənubuna uzanan dəmiryolu xətti şəbəkəsinin yenidənqurulması üçün kredit ayrılmasıdır. Hazırda kreditin məbləği və digər şərtləri ilə bağlı müzakirələr aparılır.

 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdir ki, hal-hazırda Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanı nəzərdən keçirilir.

 

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə, rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq".

 

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

 

Xatırladaq ki, bundan öncə Bakı-Yalama-Bakı dəmiryolu xəttinin yenidən qurulması üçün hökumət Asiya İnkişaf Bankından (ADB) 450 milyon dollar vəsait cəlb edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.07.2019 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ