Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ölkədə ən böyük 4G şəbəkəsinə malikdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkədə ən böyük 4G şəbəkəsinə malikdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir


 

Reklam_3_11

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yüksək keyfiyyətli mobil şəbəkəsinin əhatə dairəsi sürətlə artır.

 

Belə ki, istifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq təkcə 2019-cu il ərzində Bakcell tərəfindən ölkə ərazisində 700-ə yaxın yeni baza stansiya quraşdırılıb.

 

Xatırladaq ki, 2300-dən artıq 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir.  Bunun sayəsində Bakcell şirkəti ölkənin bütün bölgə mərkəzlərində yüksək keyfiyyətli və ən sürətli 4G İnternet xidmətlərini təqdim edir. Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Hazırda “Bakcell”in 4G şəbəkəsi əhalinin 78%, ölkə ərazisinin isə 52%ni əhatə edir.

 

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə belə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

 

Həmçinin qeyd edək ki, 2019-cu il ərzində Bakcell şirkəti ölkəmizdə keçirilmiş Novruz festivalı, Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avropa liqasının Final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və digər əhəmiyyətli tədbirlər zamanı ən yüksək keyfiyyətli rabitəni təmin edib.

 

Müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Bakcell bundan sonra da ölkənin ən üstün mobil şəbəkəsinin genişləndirilməsi və modernizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.

24.07.2019 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ