Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan holdinqi 7 şirkətini bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan holdinqi 7 şirkətini bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AB Standard" Şirkətlər Qrupu 5 törəmə şirkətini bağlayıb.


"Marja" xəbər verir ki, "AB TRADİNG" MMC, "AB TRAVEL"MMC, "AB SKYBELL"  MMC, "AB SERVİCE" MMC, "MASALT" MMC, "AVTO ŞOP" MMC və "STANDARD FUTBOL KLUBU" MMC ləğv edilib. 


Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.

 

AZEX - TÜRKİYƏDƏN SÜRƏTLİ ÇATDIRILMA

 

Qeyd edək ki, "Standard İnsurance" sığorta şirkəti "AB Standard" Şirkətlər Qrupuna daxildir. Hazırda "Standard İnsurance"ın Direktorlar şurasının sədri Məmmədov Nijad Məhərrəm oğlu, üzvlər isə Məmmədov Şahbaz Qoşun oğlu və Babayev Emin Heydər oğludur.

 

Vaxtilə "AB Standard" Şirkətlər Qrupu Azərbaycanda böyük maliyyə-sənaye qruplarından biri idi. Qrupa maliyyə, sənaye, ticarət, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 11 şirkət və müəssisə daxil idi.  

 

“AB Standard” Şirkətlər Qrupu bağlanan “Bank Standard” QSC-nin səhmdarı idi. 

 

HOLDİNQDƏN AÇIQLAMA

 

"AB Standard" Şirkətlər Qrupundan "Marja"ya bildirildi ki, ləğv edilən şirkətlər uzun müddətdir (7-10 il) fəaliyyət göstərmirdilər:

 

"Uzun müddətdir fəaliyyəti olmayan şirkətlərin artıq saxlanılmasına ehtiyac olmadığına qərar verildi. Bu səbəbdən hazırda ləğv proseslərinə başlamışıq".

 

Qrupun nümayəndəsi qeyd etdi ki, "AB Standard" Şirkətlər Qrupu fəaliyyətini davam etdirir və şirkətin  səhmdarı dəyişməyib.

 

"AB Standard" Şirkətlər Qrupunun keçmiş iqtisadiyyat naziri Heydər Babayevə məxsus  olduğu bildirilir.

25.07.2019 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ