Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İsrail şirkəti Azərbaycana məsləhət verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrail şirkəti Azərbaycana məsləhət verəcək

Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin “Ofek Aerial Photography” qurumu arasında müqavilə imzalanıb. 

 

Müqaviləni Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography” şirkətinin icraçı direktoru David Peretz imzalayıblar.

 

Müqavilənin şərtlərinə əsasən “Ofek Aerial Photography” Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətləri göstərəcək.

 

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir. Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

25.07.2019 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ