Qobustan rayonunda noxud tədarükünə başlanılıb
Qobustan rayonunda cari mövsümdə 234 hektarda ərzaq, 50 hektarda isə heyvandarlıq üçün yem noxudu yetişdirilib və artıq torpaq mülkiyyətçiləri məhsul tədarükünə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, noxud biçininə hər gün 4 kombayn çıxarılır. Hələlik hər hektardan orta hesabla 1,5 ton məhsul götürülür. Bölgədə cari mövsümdə 450 tondan çox noxud istehsalı gözlənilir.
Qeyd edək ki, Qobustanda noxudçuluq ənənəvi sahə hesab olunur. Son illər noxuda olan tələbat bu sahəyə marağı artırıb. Cari mövsümdə ən çox əkin aparılan Cəmcəmli ərazi dairəsindəki “Güc dağı” fermer təsərrüfatında, habelə Xilmilli, Sündü, Dərəkənd və bir sıra digər ərazi dairələrində fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olurlar. Qobustan Bölgə Təcrübə Stansiyasında yetişdirilən heyvandarlıq üçün yem noxudu sahəsində də məhsuldarlıq yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl