Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-ın xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 10,8 milyon barrel (2,4 faiz) azalaraq 445 milyon barrelə gerilədiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, mütəxəssislər, ölkədəki neft ehtiyatlarının 4 milyon barrel düşəcəyi barədə proqnoz vermişdi. Xam neft ehtiyatları əvvəlki həftə isə 3,1 milyon barel azalmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 644,8 milyon barreldə qalıb.
 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 0,2 milyon barrel (0,1 faiz) azalaraq 232,5 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barrel artmışdı.
 

NEFT HASİLATI AZALIB
 

Ölkənin xam neft hasilatı  keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 700 min barel azalıb. Beləliklə, 13 İyul -19 İyul həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 11,3 milyon barrel səviyyəsində baş tutub.
 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 196 min barel artımla 7,02 milyon barelə qalxıb, ixracı gündəlik orta hesabla 758 min barrel artaraq 3,29 milyon barrelə çatıb.

25.07.2019 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ