Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan İpoteka Fondu" ASC-nin Müşahidə Şurasının tərkibi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan İpoteka Fondu" ASC-nin Müşahidə Şurasının tərkibi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb. Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur.

 

Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Comərd Əliyev və Vadim Xubanovdur (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini).

 

Qeyd edək ki, Comərd Əliyev ləğv olunan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini olub.

 

AİF-in İdarə Heyətinin sədri Fəxri Kazımovdur. Onun müavini vəzifəsinə təyin olmasa da, İdarə Heyətinin digər üzvü Rəhman Hümmətovdur.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin 2015-ci il 27 oktyabr tarixli 662 nömrəli Fərmanına uyğun olaraq səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC formasında yenidən təşkil olunub. Ölkə başçısının 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına əsasən ASC-nin Nizamnaməsi təsdiq edilib və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 18 avqust 2016-cı il tarixində qeydiyyatdan keçib.

 

© APA

 

15.03.2017 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ