Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Türkiyə vətəndaşlarına vizanı ləğv edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Türkiyə vətəndaşlarına vizanı ləğv edir

Azərbaycan 1 Sentyabrdan etibarən Türkiyə vətəndaşlarına viza rejimini  ləğv edəcək.

 

"Marja" xəbər verir ki, bunu Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu bildirib.

 

Çavuşoğlu "Twitter" hesabından verdiyi açıqlamada, "Cənab Prezident İlham Əliyevin Cənab Prezidentimizə keçən həftə bildirdiyinə görə Azərbaycan Türkiyə vətəndaşlarına 1 Sentyabrdan etibarən vizanı ləğv edir. "Bir millət iki dövlətə" yaraşan oldu!", -ifadəsini istifadə edib.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

 

Hazırda qüvvədə olan rejimə görə, ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşları rüsum ödəmədən Azərbaycana 30 günlük giriş vizasi ilə gələ bilərlər. Bu müraciətlərə ən geci 3 iş günü ərzində baxılır.

 

Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ və hər gəlişdə 90 gün qala bilərlər.

 

 

25.07.2019 11:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ