6 ayda 20 mindən çox elektron imza sertifikatı verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarımilliyində 20 376 ədəd elektron imza sertifikatı istifadəyə verib.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, bu sertifikatlardan 13 484-ü dövlət qurumlarının, 4 458-i hüquqi və fiziki şəxslərin, 2 402-si vətəndaşların, 32-si isə qeyri-rezidentlərin payına düşüb.
Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2 850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1 742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib.
MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.
Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 992 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 645 574, vətəndaşlar tərəfindən 37 340 olmaqla, ümumilikdə 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə 2019-cu ilin ikinci rübü ərzində aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə toplam 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
14 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
15 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
15 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
15 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
16 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl