Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Çin ABŞ ilə ticarət müharibəsi istəmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin ABŞ ilə ticarət müharibəsi istəmir"

Çinin Baş naziri Li Keqiang, Pekin rəhbərliyinin ABŞ ilə ticarət müharibəsi istəmədiyini bildirərək, bu vəziyyətin həm iki ölkə, həm də beynəlxalq ticarətin zərərinə olacağını bildirib.


 
 Çinin Baş Naziri Li, paytaxt Pekindəki Tiananmen meydanında yerləşən Böyük Xalq Zalında keçirdiyi mətbuat konfransında Çin ilə ABŞ arasında kommersiya və siyasi gərginliyə dair açıqlama verib.


 
Li, iki ölkə əlaqələrinin "ABŞ-a kimin prezident seçilməsinə bağlı olaraq "dalğalı" dövrlər keçirməsinə baxmayaraq, həmişə irəlilədiyini" deyib.

 

Pekin və Vaşinqtonun, bəzi sahələrdə regional və qlobal proseslərə fərqli yanaşdığını ancaq tərəflərin bu fərqləri idarə edəcək iradəsinin olduğunu söyləyən Li, ticarət müharibəsinin ədalət gətirməyəcəyini və belə bir vəziyyətin meydana gəlməsi halında iki tərəfin də bundan zərər görəcəyini vurğulayıb.


 
 Li, ticarət müharibəsinin beynəlxalq ticarət və maliyyə sisteminin sabitliyinə də zərər verəcəyini ifadə edərək "Fərqli yollarımız ola bilər, amma hər nə fərqimiz olursa olsun, oturub danışaraq bağlı məsələdə həll tapmaq üçün birlikdə çalışa bilərik",- deyə qeyd edib.


 
 Çin və ABŞ münasibətlərinin, Tayvanın Çinin bir parçası olduğuna əsaslanan Vahid Çin Siyasəti  üzərinə qurulmuş olduğunu vurğulayan Li, bu prinsipin "şərtlərin dəyişməsi ilə dəyişməyəcəyini" bildirib.

15.03.2017 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ