Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ

Beynəlxalq maliyyə bazarlarında AMB-nin açıqlamalarında sonra bahalaşan avro, digər tərəfdən qlobal böhranlar fonunda da təzyiq görməkdədir.


 

Reklam_3_11

Avropa mərkəzi bankının (AMB) açıqlamalarından sonra avro 1.11$-da dəstək görərək, 1.1180$-a kimi bahalaşıb. EUR/USD məzənnəsi sonuncu səviyyənin üzərində möhkəmlənərsə, 1.1266$-a kimi də bahalaşa bilər. 

 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın iqtisadi inkişafına dair açıqlanacaq ilkin proqnozlar da avronun bahalaşmasına səbəb ola bilər. ABŞ-da inkişaf sürətinin 1.8%-ə kimi azalması proqnozlaşdırılır.

 

Bununla yanaşı, Cənubi Koreya ilə Yaponiya arasında ticarət böhranı, Şimali Koreyanın yeni raket sınaqları, Tramp ətrafında daxili siyasi risklər, sazişsiz Breksit ehtimalları və ABŞ ilə Çin arasında gələn həftə başlayan danışıqların yeni mərhələsi fonunda qeyri-müəyyənliklər də investorların diqqət mərkəzindədir. 

 

Beynəlxalq siyasi və iqtisadi risklərin artması, digər tərəfdən dollara olan tələbi də artırır. Avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri təzyiq altında qalır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

26.07.2019 07:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ