Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azər Türk Bank" ikinci rübü mənfəətlə başa vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azər Türk Bank" ikinci rübü mənfəətlə başa vurdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 337.9 milyon manat səviyyəsində olmuşdur.

 

Reklam_3_11

Bu barədə Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir. 

 

Məlumatda qeyd edilib ki, Bankın kredit portfelinin həcmi 168 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 17% çoxdur.

 

2-ci rübdə Bank, keçən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox, 773.9 min manat həcmində xalis mənfəət əldə etmişdir.

 

Məcmu kapitalın həcmi 51,9 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 34%, leverec əmsalı 14% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.

 

Cəmi bank öhdəliklərinin həcmi 281,9 milyon manat təşkil etmişdir.

 

Bank 204.4 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 80.6 milyon manatı əhalinin əmanətləridir.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

26.07.2019 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ