Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Büdcədəki kəsir ilə bağlı Maliyyə Nazirliyindən açıqlama - "BU KƏSİR..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcədəki kəsir ilə bağlı Maliyyə Nazirliyindən açıqlama - "BU KƏSİR..."

Maliyyə Nazirliyi: “Büdcə kəsiri təsdiq olunan yuxarı həddən yüksək deyil. Kəsir özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”  


 

Reklam_3_11

Maliyyə Nazirliyi “Marja”nın sorğusuna əsasən, 2019-cu ilin birinci yarımilliyində  dövlət büdcəsinin kəsirlə icra olunmasını şərh edib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2019-cu ilin dövlət büdcəsi 23 milyard 168 milyon manat gəlir, 25 milyard 190  milyon manat xərc və müvafiq olaraq 2 milyard 22  milyon manat məbləğində kəsir olmaqla təsdiq olunub. O qeyd edib ki, kəsirlə təsdiq olunan büdcə dünyanın əksər dövlətlərinə xas olan praktikadır.

 

“2019-cu ilin birinci yarısında ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdir. Göründüyü kimi həmin kəsir təsdiq olunan yuxarı həddən yüksək deyil. Bu kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri - özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”, - deyə M.Piriyev vurğulayıb.

 

AZEX - TÜRKİYƏDƏN SÜRƏTLİ ÇATDIRILMA

 

Qeyd edək ki, cari ilin birinci yarısında dövlət büdcəsinin xərcləri tam şəkildə - 100,2 faiz icra olunub.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev

26.07.2019 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ