Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda mehmanxanalar 80 faizə yaxın boşdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda mehmanxanalar 80 faizə yaxın boşdur

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil etmişdir.


 

2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 327,5 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz çoxdur.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artaraq 954,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir.

 

Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5,0 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2,0 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6 faizi Bakı şəhərində, 7,9 faizi Qəbələdə, hər birində 3,4 faiz olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3,0 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artaraq 373,3 minə çatmışdır.

 

GƏLİRLƏR ARTIB

 

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olmuşdur ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

 

ƏN ÇOX OTELLƏR ŞABRAN VƏ NAFTALANDA DOLUR

 

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil etmişdir. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınmışdır.

26.07.2019 11:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ