Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank sahibkarlar üçün  daha bir kredit məhsulunu təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə daha bir kredit məhsulunun tətbiqinə başlayıb.

 

Reklam_3_11

Bankın təqdim etdiyi yeni kredit məhsulu “İnvoysların maliyyələşdirilməsi” adlanır.

 

Korporativ müştərilər, o cümlədən kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.

 

“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

-  Kreditin məbləği - 500.000 manatadək

-  Kreditin müddəti - 12 ayadək

-  İllik faiz dərəcəsi -  15%-dən başlayaraq

 

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu  link üzərindən onlayn qaydada sifariş etmək olar: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/ Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.

 

Azərbaycan Beynəlxalq  Bankının  Korporativ biznesin  inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Bankımız tərəfindən təqdim edilən bu yeni məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”. 

26.07.2019 13:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ