Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Manat revalvasiya təzyiqi altındadır" - MƏRKƏZİ BANKIN SƏDRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Manat revalvasiya təzyiqi altındadır" - MƏRKƏZİ BANKIN SƏDRİ

Elman Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank imkan versə Dollar 1.70 manatdan çox aşağı düşə bilər


 

Reklam_3_11

“Bu gün Manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün Manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”​.

 

“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Elman Rüstəmov əlavə edib ki, bugünkü iqtisadi durum, xarici balans və fiskal sistemdən gələn bu təklif Manatın əhəmiyyətli məzənnəsini tələb edir:

 

“Neft Fondu valyuta hərracına müəyyən vəsaitlə çıxır, bank sektoru lazım olan qədər alır. Mərkəzi Bank satılmayan hissəni almır. Büdcəyə transfert məqsədilə Dövlət Neft Fondu müəyyən qrafiklə vəsait satmalıdır. Lakin qeyd etdiyim kimi ilin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var.  Hələ ki, büdcə öz daxili imkanları vasitəsilə çatışmazlığı yerinə yetirə bilir”.

 

Elman Rüstəmov, “Mərkəzi Bank Manatın bahalaşmasına imkan vermir?” sualına “Təbii ki” cavabını verərək sözlərinə belə davam edib:

 

“Manat devalvasiya (ucuzlaşma) yox, revalvasiya (bahalaşma) təzyiqi altındadır. Manatın möhkəmlənməsinin (bahalaşmasının -red) müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik. O cümlədən, inflyasiyanın hədəflənməsi rejiminə keçmək və gələcəkdə Manatın məzənnəsinin “üzən -tənzimlənən” məzənnəyə keçməsi üçün proqram üzərində çalışırıq”.

 

Devalvasiya -Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən ucuzlaşması prosesidir.

Revalvasiya - Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.

26.07.2019 13:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ