Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İstirahət günlərinin hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazın bəzi yerlərdə gün ərzində yağış yağacağı gözlənilir.

 

Yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin iyulun 28-də səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında iyulun 28-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, iyulun 29-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin iyulun 28-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, yaxın iki gündə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

26.07.2019 15:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ