Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“Gilan Kuboku”nun qalibi məlum oldu - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Kuboku”nun qalibi məlum oldu - FOTOLAR

(®) Bu yayın ən mötəbər və yadda qalan, şirkətlərarası “Gilan Kuboku” mini futbol turnirinin final mərhələsi başa çatdı. İlk turdan maraqlı oyun sayəsində çempionatın favoritlərinə çevrilən və finala adlarını yazdıran “Gilan Holding” və "Azərsun Holding" komandaları arasında sona kimi davam edən gərgin mübarizə, 2:1 hesabı ilə “Azərsun Holding” komandasının qalib gəlməsi ilə nəticələnib.  

 

“Gilan Kuboku”nda 3-cü yer uğrunda görüş isə,  3:0 hesabı ilə “FAB Boya” komandasının “Kapital Bank” komandası üzərində qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, Azərbaycanın iqtisadı inkişafına töhfə verən, qabaqcıl şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsi ilə nəticələnən “Gilan Kuboku” mini futbol turnirin qalibi olan “Azərsun Holding” komandası 10,000 AZN məbləğində mükafat ilə təltif olunub.

 

Turnirdə ikinci yer tutan “Gilan Holding”  komandasına 5,000 AZN, 3-cü yerin sahibi “FAB Boya” komandasına isə 3,000 AZN məbləğində mükafat verilib. Bundan əlavə, qalib komandalarının oyunçularına medallar, sertifikatlar və hədiyyələr təqdim olunub.

 

Xatırladaq ki, “Gilan Holding” tərəfindən keçirilən, 28 may Respublika Gününə həsr olunan “Gilan Kuboku” ölkədə fəaliyyət göstərən bir sıra şirkətlərin böyük marağına səbəb olaraq, turnirdə iştirak ilə əlaqədar çoxlu sayda müraciətlər edilmişdir. Turnirin reqlamentinə uyğun olaraq, 16 komanda “Gilan Kuboku”nda iştirak hüququ qazanmışdır.

28.07.2019 11:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ