Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Goranboyun Dəvəçuxuru yaylağında fermerlər təşviş keçirirlər - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Goranboyun Dəvəçuxuru yaylağında fermerlər təşviş keçirirlər - YENİLƏNİB

Goranboy rayonun Dəvəçuxuru yaylağında iri buynuzlu heyvanlar bilinməyən xəstəlikdən ölür. Fermerlər narahat olmağa başlayıblar.

 

Reklam_3_11

Heyvandarlıq ilə məşğul olan Elməddin Həsənov “Marja”ya bildirdi ki, 2019-cu ilin Mart ayından bugünədək 50 baş inəyi ölüb:

 

“Heyvanın vəziyyəti qanlı bayıra işləmə ilə pisləşir. 2-3 gün ərzində heyvan ölür. Baytar həkimlər heyvanlara iynə vurublar, amma heç bir təsiri olmayıb. Ötən il 300 qoyunum öldükdən sonra bu il 50 baş inəyim tələf oldu. Cəmi 25 keçim qalıb”.

 

Dünən qonşu fermanın malında eyni xəstəlik yaranıb. Ərazidəki maldarlar həkimlərin sağalda bilmədiyi xəstəliyin onların da heyvanların keçə biləcəyinə görə təşviş keçirirlər.

 

XXX 10 35:

 

Goranboy Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov “Marja”ya bildirdi ki, xəbərdə adı çəkilən fermer tərəfindən İdarəyə müraciət olunmayıb: “Bizə heyvanların xəstələndiyi barədə müraciət edilməyib. Ola bilsin ki, fermer kənar həkimi dəvət edib. Biz Baytarlıq idarəsi olaraq 24 saat vətəndaşların xidmətindəyik. Mən hazırda əraziyə yollanıram”.

 

XXX 11:00

 

Elməddin Həsənovun atası Fəxrəddin Həsənov "Marja" ilə əlaqə saxlayaraq heyvanların öldüyünü təsdiqlədi, lakin heyvanların Dəvəçuxurunda deyil Ağcəbədi rayonunun Şuşa yatağında tələf olduğunu bildirdi:

 

"Oğlum tam dəqiq məlumat verməyib. Mən heyvanlarımı Goranboy rayonun Dəvəçuxuru yaylağına aparmamışam. Heyvanlar Ağcəbədidə Şuşa yatağında xəstəlikdən öldülər. Baytar həkimlər gecə-gündüz çox çalışdılar, amma nəticəsi olmadı".

30.07.2019 08:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ