Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azsığorta”ın rəhbər şəxslərinə ödənilən əmək haqqının məbləği açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azsığorta”ın rəhbər şəxslərinə ödənilən əmək haqqının məbləği açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə “Azsığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri Viladi Maniyevə 195 417 manat, başqa sözlə, ayda 16 285 manat əmək haqqı ödənilib.

 

Bu barədə şirkətin maliyyə hesabatından məlum olur.

 

Sənədə əsasən, hesabat dövründə DŞ-nın üzvü olan Ziya Talıbov isə 62 100 manat, başqa sözlə ayda 5 175 manat maaş alıb. Xatırladaq ki, o, bu ay vəzifəsini tərk edib.

 

“Azsığorta”nın İdarə Heyətinin (İH) sədri Anar Talıbova isə 2018-ci ildə 155 365 manat, yəni ayda 12 947 manat əmək haqqı ödənilib. Şirkətin İH-nin sədr müavini Yusif Soltanov 100 448 manat (ayda 8 371 manat), digər sədr müavini Zöhrab Şirinov isə 85 560 manat (ayda 7 130 manat) maaş alıb. 

 

"AZSIĞORTA"DAN AÇIQLAMA


"Azsığorta"dan "Marja"ya bildirildi ki, qeyd edilən rəqəmlər "Azsığorta" rəhbərliyinin bütün il üzrə ödənişlərini əks edir: "Bura məvaciblər, məzuniyyət ödənişləri və bütün vergilər və sosial müdafiə fonduna edilən ödənişlər də daxildir. Yəni net məbləğ deyil.

 

Qeyd edək ki, "Azsığorta" şirkəti 2018-ci ili 5 milyon manata yaxın xalis mənfəətlə başa vurub.

 

Bu qəbildən olan ödənişlər Azərbaycan maliyyə sektorunda qəbul olunmuş təcrübədir. "Azsığorta" şəffaf şirkət olaraq bütün maliyyə göstəricilərini  mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə açıqlayır".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report” 

30.07.2019 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ