Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu il "Azexport" portalına 303 milyon dollarlıq ixrac sifarişləri daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il "Azexport" portalına 303 milyon dollarlıq ixrac sifarişləri daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayı təqdim olunub.

 

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

 

Göstərilib ki, Azexport.az portalına 303,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 6,6 faiz artıb.

 

Cari ilin iyun ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,3  milyon ABŞ dolları təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 20,8 faizlik artım qeydə alınıb.

 

2019-cu  ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,9%), Türkiyə (6,6%), Hindistan (5,7%), ABŞ (5,5%) və  İngiltərə (5,3%)  qərarlaşıb.

 

Bu ilin iyun ayında ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti və yumurtası, qənnadı məhsulu, soğan, çay, şərab, mühərrik yağı, nar şirəsi, kompot, mebel dəsti, tikinti materialı, naftalan yağı, bal, uşaq iç geyimi, gül və s. mallara daxil olub.

 

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard  292,2 milyon ABŞ dolları təşkil edib.

30.07.2019 10:30

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ