Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

41 dərəcə isti olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
41 dərəcə isti olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq. 

 

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

 

Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

30.07.2019 11:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ