Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank ilə Visa arasında Anlaşma Memorandumu imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank ilə Visa arasında Anlaşma Memorandumu imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankı və Visa Beynəlxalq Xidmət Assosiasiyası arasında “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.

 

Reklam_3_11

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Memorandum çərçivəsində elektron ticarət, mobil ödənişlərin inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrində müasir ödəniş alətlərindən istifadə imkanlarının yaradılması və maliyyə savadlığı sahəsində birgə əməkdaşlıq fəaliyyətinin təşkili üzrə razılığa gəlinib.

 

Eyni zamanda iki təşkilat tərəfindən 2020-ci ilin sonuna qədər nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bakı və regionlarda birgə lotereyanın keçirilməsi, nağdsız ödənişlərin təbliğatı, müasir ödəniş həllərinin təşviqi və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Mərkəzi Bank ölkədə elektron bankçılıq və rəqəmsal ödənişlərin inkişafı və innovativ maliyyə texnologiyalarının ölkəmizdə tətbiqi üzrə verilən təşəbbüsləri davamlı olaraq dəstəkləyir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasını daim diqqət mərkəzində saxlayır.

30.07.2019 16:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ