Ən yuxarı (mobil)_30

Əhalinin banklardakı müddətli əmanətləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin banklardakı müddətli əmanətləri azalıb

Əhalinin banklardakı müddətli əmanətləri azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 30 İyun 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) müddətli əmanətləri 5 milyard 337.4 milyon manat təşkil edib. Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 128,4 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 141,6 milyon manat azdır.

 

May ayının sonu ilə müqayisədə İyun ayında müddətli əmanətlər 43,4 milyon manat azalıb.

 

Müddətli əmanətlər ötən ilin Dakabr ayının sonunda 5 milyard 479 milyon manat, Martın sonunda 5 milyard 465.8 milyon manat, Mayın sonunda isə 5 milyard 380.8  milyon manat təşkil etmişdi.

 

Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Sektor üçün müddətli əmanət daha önəmlidir.

 

TƏLƏBLİ ƏMANƏTLƏR ARTIB

 

30.06.2019-cu il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib.  Mayın sonunda cəmi əmanətlər 8 milyard 527.6 milyon manat təşkil etmişdi. İyunda cəmi əmanətlərdəki artımın səbəbi tələbli əmanətlərin 149,6 milyon manat artmasıdır.

 

Mayın sonunda 3 milyard 146.8 milyard manat təşkil etmiş tələbli əmanətlər İyunun sonunda 3 milyard 296.4 milyon manata çatıb. İlk 6 ayda isə tələbli əmanətlər 505,7 milyon manat artıb.

 

Son vaxtlar bankların müddətli əmanətlərə təklif etdikləri faizlər aşağı düşüb. 

30.07.2019 17:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ