Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

FED sədri bu haqqında danışarsa, dollar daha da güclənə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED sədri bu haqqında danışarsa, dollar daha da güclənə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

FED-in ölkə daxilində iqtisadi aktivliyin artmasına təsir etməsi, beynəlxalq valyuta birjalarında dolların da iyul ayında bahalaşmasına səbəb olub.


 

Reklam_3_11

Amerika mərkəzi bankının (FED) iyul ayında faiz azaldılmasına gedə biləcəyi ehtimalları, ölkə daxilində iqtisadi aktivliyin artmasına və beləliklə, bu, beynəlxalq valyuta birjalarında da dolların bahalaşmasına səbəb olub.

 

FED-in faiz azaldılması ehtimalları ölkə daxilində maliyyə şərtlərinin qismən asanlaşacağı, investisiyaların artacağı və qiymətlərin, inflyasiyanın artacağı ehtimallarını da artırır. Bu da daxili bazarda, xüsusilə də daşınmaz əmlak bazarında dövriyyənin artmasına səbəb olur. Dövriyyənin artması dollara olan tələbi artırmaqla yanaşı, bahalaşmasını da şərtləndirir. 

 

Dolların aparıcı valyutalara nisbətən orta qiyməti iyul ayında 3% bahalaşaraq, son iki ilin maksimum səviyyələrində ticarət edilir. 

 

Bu gün Bakı vaxtı ilə saat 22:00-da dərc ediləcək FED-in faiz qərarında 0.25%-lik azaldılma ehtimalları isə artıq qiymətlərdə öz əksini tapıb. İnvestorlar daha çox saat 22:30-da baş tutacaq bankın mətbuat konfransında sədr Jerom Povelin gələcək gözləntilərə dair açıqlamalarını gözləyirlər. 

 

FED sədri ölkə iqtisadiyyatına maliyyə dəstəyinin gələcək aylarda da davam etdiriləcəyi haqqında danışarsa, dollarda bahalaşma daha da güclənə bilər

 

EUR/USD və GBP/USD məzənnələri də son iki ilin minimum səviyyələrdində ticarət edilirlər. 1.11$-a ticarət edilən avronun 1.10, 1.21$-a ticarət edilən funt isə 1.20$-a kimi ucuzlaşa bilər. 

 

Bununla yanaşı, bu gün ABŞ ilə Çin arasında başlayan növbəti ticarət müzakirələrinə dair açıqlamalar da diqqət mərkəzində saxlanılmalıdır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

31.07.2019 07:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ