Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qızıl Balıqartırma Zavodu satışa çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl Balıqartırma Zavodu satışa çıxarıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 100 (bir yüz) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

 

Müsabiqə, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan edilib.

 

“Marja” Komitənin elanına istinadən xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

 

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

 

 Elanda bildirilir:

1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 iyul 2019-cu il tarixinə)

 

Hüquqi ünvanı:       Azərbaycan Respublikası, Qəbələ rayonu, Çuxur Qəbələ kəndi

 

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü:        Balıqartırma və balıqyetişdirmə

 

Nizamnamə kapitalı:       1 504 000 (bir milyon beş yüz dörd min) manat

 

Buraxılmış səhmlərin sayı:      752 000 (yeddi yüz əlli iki min) ədəd

 

Buraxılmış səhmlərin növü:  sənədsiz adlı

 

Bir səhmin nominal dəyəri:    2 (iki) manat

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı:       752 000 (yeddi yüz əlli iki min) ədəd

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri:      1 504 000 (bir milyon beş yüz dörd min) manat

 

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində yerləşən tikililərin xarakteristikası:    səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

 

Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı:    yoxdur

 

Qeyri-maddi aktivlər:      yoxdur

 

İstismara verildiyi il:      1956

 

Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti:  qənaətbəxş

 

İşçilərin sayı:   25 nəfər

 

Səhmdar cəmiyyətinin öhdəlikləri cəmi:              15 285 (on beş min iki yüz səksən beş) manat

o cümlədən,

 

- əmək haqqı və ona bərabər tutulan  borclar:        12 360 (on iki min üç yüz altmış) manat

 

- DSMF-yə olan borclar:         2 688 (iki min altı yüz səksən səkkiz) manat

 

- mal, iş və xidmətlərə görə dövlət müəssisələrinə olan borclar:        237 (iki yüz otuz yeddi) manat

  

Debitor borcları:   yoxdur

 

2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

 

2.1 Müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 1 000 000 (bir milyon) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1mövcud tikili və qurğuların təmiri və ya yeni tikililərin inşasına dair təkliflər;

2.1.2 balıqların yetişdirilməsi və onların artım tempinin yüksəldilməsi sahəsində müasir texnoloji həllərin tətbiqinə dair təkliflər;

2.1.3 istehsal olunan məhsulların çeşidi və/və ya növünün artırılmasına dair təkliflər;

2.1.4 infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər;

2.1.5 yeni iş yerlərinin yaradılmasına dair təkliflər (30-dan az olmayaraq);

2.1.6 səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 (altmış) təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2 Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi 1 200 000 (bir milyon iki yüz min) manatdan və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə).

 

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

 

 3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

 

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 400 000 (dörd yüz min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

 

 3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

 - nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

 - təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

 İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki        şəxslər üçün);

 - təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

 

4.Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

-  60 (altmış) təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini;

-  müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin DSMF-yə olan borclarının ödənilməsini;

-  60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

-  60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 5 900 (beş min doqquz yüz) manat məbləğində vəsaitin ödənilməsini;

-  öhdəlik götürəcəyi sayda, lakin 30-dan az olmayaraq, yeni iş yerinin yaradılmasını;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

 

4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 03 sentyabr 2019arxnş doqquzdördkkiz-cu il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 810, tel.: 490 24 08 (əlavə 191 və 208).

 

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 03 sentyabr 2019arxnş doqquzdördkkiz-cu il tarixinədək iş günləri saat 1000-dan 1730-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 810.

 

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 05 sentyabr 2019arxnş doqquzdördkkiz-cu il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.

31.07.2019 09:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ