Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq.

 

Reklam_3_11

Bu barədə Gürcüstan Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib.

 

Qeyd olunub ki, 1 yanvar 2020-ci ildən etibarən Gürcüstanda “Avro-4” standartlı dizel yanacağının istifadəsinə qadağa qoyulacaq. Həmin tarixdən etibarən ölkədə yalnız “Avro-5” standartlarına cavab verən dizelin istifadəsinə icazə veriləcək.

 

Bu səbəbdən Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq. İdxalda yeni alternativin Rusiya olduğu bildirilir.

 

İclasda qeyd olunub ki, hazırda Gürcüstan üçün dizel yanacağının əsas tədarükçüsü Azərbaycandır, lakin Azərbaycandan əlavə Rusiya, Rumıniya və Bolqarıstan da vacib tədarükçülərdir. Qeyd olunub ki, hələlik gələn il üçün əsas tədarükçünün kim olacağı müəyyənləşdirilməsə də, Rusiyanın seçilməsi məntiqli olacaq. Buna səbəb Rusiya məhsulunun daha asan və nisbətən ucuz şəkildə təmin etməsi göstərilib.

 

İclasda iştirak edən “SOCAR Georgia” şirkətinin baş direktoru Levan Giorqadze bildirib ki, Azərbaycan 2021-ci ildən etibarən “Avro-5” standartlarına cavab verən dizelin istehsalına başlayacaq.

 

İclasda həmçinin qeyd olunub ki, Azərbaycandan idxal olunan məhsullar Rusiya məhsullarına nisbətən orta hesabla 15 tetri ucuzdur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© APA

31.07.2019 11:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ