Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın həftəlik xam neft ehtiyatları azalıb - NEFT BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın həftəlik xam neft ehtiyatları azalıb - NEFT BAHALAŞDI

ABŞ-da həftəlik xam neft ehtiyatları 0,2 milyon barel azalıb.


 
"Marja" xəbr verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 0,2 milyon barrel azalaraq 528,2 milyon barrelə gerilədiyini açıqlayıb.


 
Bazar gözləntisi, ehtiyatların 3,7 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 8,2 milyon barel artım göstərmişdi.


 
Beləliklə, ABŞ-da həftəlik xam neft ehtiyatlarının 9 həftə ardıcıl artım göstərməsi başa çatıb.


 
ABŞ-da strateji neft ehtiyatları isə 0,8 milyon barel azalaraq sözügedən həftədə 694 milyon barrelə enib.


 
Bu dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 21 min barel artımla 9,11 milyon barelə yüksəlib.


 
Ölkənin xam neft idxalı isə sözügedən həftə, əvvəlki həftəyə nisbətən, gündəlik orta hesabla 745 min barrel azalaraq 7,4 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftə 3,1 milyon barrel (1,2 faiz) azalaraq 246,3 milyon barrelə enib. Bazar gözləntisi 1,9 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,6 milyon azalmışdı.


 
Həftəlik xam neft ehtiyatlarının sürpriz şəkildə azalma göstərməsinin ardından, qlobal bazarlarda neftin qiymətlərində artım görülüb


 
EIA göstəricilərinin açıqlanmasından sonra ABŞ-da Qərbi Texas neftinin barrel qiyməti 2,9% bahalaşaraq 49,13 dollara, Londonda Brent neftinin barrel qiyməti də 2,3% bahalaşaraq 52,14 dollara qədər qalxıb.

16.03.2017 05:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ