Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Dəmir Yolları”na yeni sözçü təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Dəmir Yolları”na yeni sözçü təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İyulun 31-də keçirilən kollegiya iclasında cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb. Aparılan yeni struktur və kadr islahatları nəticəsində Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb. Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova  Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub".

 

Reklam_3_11

Bu barədə "Marja"ya “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

 

Natəvan Bayramova kimdir?

 

Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

 

2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. Hal - hazıradək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

 

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Ailəlidir. 2 övladı var.  

31.07.2019 17:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ