Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Daha 3 DOST mərkəzinin açılması üçün işlər görülür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Daha 3 DOST mərkəzinin açılması üçün işlər görülür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Daha 3 DOST mərkəzinin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq"

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. 


Nazir deyib ki, ilk DOST mərkəzi açıldıqdan sonra çox böyük bir rəğbət toplayıbdır: "İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir.

 

Sizin göstərişlərinizə uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq.

 

DOST mərkəzinin, DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn xidmətlərin göstərilməsi məsələsidir. Bununla bağlı orada çox müasir “Çağrı mərkəzi” qurulub. Vətəndaşlarımızdan gələn müraciətlərin sayından və onların məmnunluq səviyyəsindən görünür ki, “Çağrı mərkəzi” vasitəsilə bir çoxları öz xidmətlərini əldə edirlər, hətta mərkəzə gəlməyə də ciddi ehtiyac duymurlar. Düşünürük ki, DOST mərkəzi Sizin növbəti təşəbbüsünüz olaraq Azərbaycanın bir brendinə çevriləcəkdir".

01.08.2019 06:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ