"AccessBank" daha bir mükafata layiq görülüb!

® AccessBank İqtisadiyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən mükafata layiq görülüb.


Mükafatı SİF-in yubiley konfransında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təqdim edib.


Bildirilib ki, SİF ilə AccessBank uzun illər ərzində sıx və məhsuldar əməkdaşlıq edib. Bu əməkdaşlıq nəticəsində yüzlərlə sahibkarlıq subyekti yaradılıb ki, onlar ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına öz töhfəsini verib.


AccessBank-n baş direktoru Elşən Pirmalıyev qeyd edib ki, SİF AccessBank-ın ən etibarlı tərəfdaşlarından biridir: "Həm AccessBank, həm də SİF-in missiyası ölkədə sahibkarlığın, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafıdır. Bizim uzunmüddətli və uğurlu əməkdaşlığımız sahibkarlar başda olmaqla hər kəsə fayda verib və mən əminəm ki, bu əməkdaşlıq davamlı və daha da məhsuldar olacaq".


Qeyd edək ki, tədbir çərçivəsində AccessBank-ın əməkdaşları bir sıra sahibkarlarla görüş keçirib və əməkdaşlıq perspektivlərini müzakirə edib.

1 Avqust 2019 , 09:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin