Ən yuxarı statik reklam_3

"Bank BTB"də yeni təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank BTB"də yeni təyinat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank BTB"dən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Zamiq Mədətov Bankda kredit departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün kredit məhsullarının satışına rəhbərlik edəcək.

 

Reklam_3_11

Zamiq Mədətov 2001-2007-ci illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara yiyələnərək menecment, biznesin inkişafı, kredit risklərinin idarə olunması, kadrların təlimi və inkişafı sahələrində bilik və bacarıqlarına yiyələnib.

 

Zamiq Mədətov 10 ildən çox müddət “AccessBank”-da Kredit Departamentində Qrup Rəhbəri, Təlim və İnkişaf üzrə Menecer və Filial Rəhbəri kimi vəzifələrdə çalışıb. 2019-ci ilin iyun ayından etibarən Bank “BTB”-yə cəlb edilib.

 

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri  ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bundan başqa, növbəti üç ildə davamlı inkişafı təmin etmək üçün daxili kadr potensialını gücləndirmək, əməkdaşların fərdi inkişafını təmin etmək, proses və bacarıqların təkmilləşdirilməsi kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib.

01.08.2019 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ