Ən yuxarı (mobil)_30

ABŞ-ın xam neft ehtiyatları azalıb, hasilatı isə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb, hasilatı isə artıb

 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 8,5 milyon barrel (1,9 faiz) azalaraq 436,5 milyon barrelə gerilədiyini açıqlayıb. 

 

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,6 milyon barrel azalacağı yönündə idi. Xam neft ehtiyatları ötən həftə 10,8 milyon barrel azalma qeyd etmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 644,8 milyon barreldə qaldıb. 
 
 

ABŞ-ın benzin ehtiyatları ötən həftə 1,8 milyon barrel (0,8 faiz) azalaraq 230,7 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barel azalmışdı.
 

NEFT HASİLATI
 

ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 365 min barrel azalma ilə 6,66 milyon barrelə geriləyərkən, ixracı isə gündəlik orta hesabla 718 min barrel azalma ilə 2,57 milyon barrelə enib.
 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 900 min barel artım göstərib. Beləliklə 20-27 İyul həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik ortalama12,20 milyon barrel səviyyəsində baş tutub.

01.08.2019 09:54

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ