Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Müxtəlif xalqların klassik musiqi sərvətlərinin parlaq nümunələrini ölkəmizdə canlandıran XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib.

 

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı reallaşan bu mötəbər tədbirdə ölkə vətəndaşları, xarici dövlətlərdən qonaqlar və ictimai xadimlər iştirak ediblər.

 

Tədbirin əvvəlində açılış nitqləri ilə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən festivalın baş tutmasına görə dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlar zamanı qeyd olunub ki, sivilizasiyanın zəngin mədəni-mənəvi irsinin ölkələr arasında mübadiləsi, o cümlədən ölkəmizin mədəni dəyərlərinin təbliği və gənc istedadların tanınması baxımından Qəbələ Beynəlxalq Musiqi Festivalı xüsusi əhəmiyyət daşıyır.   

 

Açılış mərasimi, bu il anadan olmasının 650 illiyi qeyd olunan mütəfəkkir şair İmadəddin Nəsiminin məşhur qəzəllərinin ifası ilə başlanıb. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçirilən konsert zamanı orkestrin və Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano üzərində virtuoz çıxışları hər kəsi heyran edib. 

 

Xatırladaq ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 05 avqust 2019-cu il tarixinədək davam edəcək.  Musiqi sevərlər Qəbələ Rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev adına Konqres Mərkəzində axşam saatlarında təşkil olunan konsertlərdə iştirak edə bilərlər.

01.08.2019 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ