Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Aztelekom” "İnci” şirkətini seçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aztelekom” "İnci” şirkətini seçib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 may 2019-cu il tarixdə elan edilmiş "53 adda dəftərxana ləvazimatlarının satın alınması" ilə bağlı açıq tender proseduru üzrə iddaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tendirin qalibi "İnci Group of Companies" MMC müəyyən edilmişdir.

 

“Marja” MMC-nin bildirişinə istinadən xəbər verir ki, “Aztelekom” MMC ilə "İnci Group of Companies" MMC arasında 136 min 570,37 manat məbləğində 24 iyul 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır.

 

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "İnci” şirkəti dəftərxana, ofis ləvazimatları, məktəb ləvazimatları, mətbəx və ev alətləri, elektrik malları,  elektronik əşyalar, təmizlik əşyaları, idman malları, hədiyyəlik əşyalar, uşaq aləmi, oyuncaqlar, mətbəə məhsulları, çap və poliqrafik xidmətlər, kompyuter və qurğular, ticarət avadanlıqları, bank və ofis avadanlıqları, təhlükəsizlik vasitələri təklif edir.

 

Topdan qiymətinə pərakəndə satışın mövcud olduğu "Ofisait" mağazalar şəbəkəsi "İnci" şirkətlər qrupuna məxsusdur.

02.08.2019 06:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ