Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Dövlət Neft Fondu büdcəyə transfert planında gecikir - DOLLAR SATILMIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondu büdcəyə transfert planında gecikir - DOLLAR SATILMIR

2019-cu ilin 1-ci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 4 milyard 413 milyon manat vəsait transfert edib.

 

"Marja"nın məlumatına görə, bu vəsait, 2019-cu il ərzində dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulmuş vəsaitin 39%-dir. Halbuki, Fond nəzərdə tutulun vəsaitin 50%-ni büdcəyə  transfert etməli idi. 

 

Həmçinin, ötən ilin 1-ci yarısı ilə müqayisədə dövlət büdcəsinə 195 milyon manat və ya 4,2% az vəsait transfert edilib. 


ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməlidir. 

 

ARDNF 2018-ci ilin 1-ci yarısında dövlət büdcəsinə 4 milyard 608 milyon manat vəsait  transfert etmişdi.


ARDNF valyuta vəsaitini Mərkəzi Bankda keçirilən valyuta hərraclarında sataraq dövlət büdcəsinə manat ilə transfert edir. Lakin ARDNF valyuta hərraclarına çıxardığı vəsaitləri sata bilmir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, cari ilin 7 ayında Neft Fondunun 800 milyon dollar satılmamış vəsaiti qalır.

 

“Bu gün Manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün Manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”​, - Elman Rüstəmov 26 İyul 2019-cu il tarixində keçirdiyi mətbuat konfransında bildirmişdi. 

 

Elman Rüstəmov bildirmişdi ki, bugünkü iqtisadi durum, xarici balans və fiskal sistemdən gələn bu təklif Manatın sabit (1 dollar = 1.70 manat) məzənnəsini tələb edir:

 

“Neft Fondu valyuta hərracına müəyyən vəsaitlə çıxır, bank sektoru lazım olan qədər alır. Mərkəzi Bank satılmayan hissəni almır. Büdcəyə transfert məqsədilə Dövlət Neft Fondu müəyyən qrafiklə vəsait satmalıdır. Lakin qeyd etdiyim kimi ilin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var.  Hələ ki, büdcə öz daxili imkanları vasitəsilə çatışmazlığı yerinə yetirə bilir”.

02.08.2019 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ