Neft Fondu vəsaitlərinin 93%-ni 3 xarici valyutada yerləşdirilib
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin demək olar ki, 100%-i qədər və yaxud 42 milyard 463,45 milyon ABŞ dolları təşkil edib.
Fondun məlumatına görə, bu vəsaitin 54,6%-i elə dollarda, 34,1%-i avroda, 4,6%-i isə ingilis funtsterlinqində yerləşdirilib.
Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,3% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,7%, Koreya vonu 0,4%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,6%, digər valyutalar 1,5%, qızıl isə 10,3% paya malikdir.
ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 71,1%, səhmlərin payı 13,3%, daşınmaz əmlakın payı 5,3%, qızılın payı isə 10,3% təşkil edib.
Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-in aktivləri 10%-dən çox artıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 49 d. əvvəl
-
52 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl