Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Bal satışı ilə bağlı çətinliklərimiz vardı, KOBİA həlli etdi" - “Kercom” şirkətinin direktoru

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bal satışı ilə bağlı çətinliklərimiz vardı, KOBİA həlli etdi" - “Kercom” şirkətinin direktoru
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb.

 

Agentliyin yaydığı məlumatda bildirilir ki, “Kercom” MMC-nin müraciəti əsasında şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyi ilə həll edilib və artıq şirkətin məhsulları ticarət şəbəkəsində satışdadır.

 

 “Bal məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı çətinliklərimiz vardı. KOBİA-nın müraciətimizə operativ yanaşması nəticəsində məsələ öz müsbət həllini tapdı. Artıq məhsullarımız ticarət şəbəkəsində satışdadır. Bundan sonra da Agentliklə yaxından əməkdaşlıq edəcəyik” - deyə “Kercom” MMC-nin icraçı direktoru Cavid Kərimov bildirib.

 

Qeyd edək ki, KOBİA sahibkarlardan daxil olan müxtəlif müraciətlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində həll edilməsinə dəstək göstərir. Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin innovativ üsullarla idarə edilməsi və genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstək olur. Ölkə regionları üzrə bu dəstək KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçirilir.

02.08.2019 09:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ