Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni Hesablaşma agenti modelinin tətbiqinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Hesablaşma agenti modelinin tətbiqinə başlanılıb

2 avqust 2019-cu il tarixindən etibarən Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin tətbiqinə başlanılıb.

 

Milli Depozit Mərkəzindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, yeni modelin tətbiqində məqsəd Azərbaycanın qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə Azərbaycanın qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsidir.

 

Yeni modelə əsasən qiymətli kağızlar bazarında pul hesablaşmaları kommersiya bankları tərəfindən həyata keçirilməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaların aparılması isə daha öncədən olduğu kimi klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.

 

“Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, qarantiya mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma (DVP) mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.

 

Bunlarla yanaşı, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir. Bu da öz növbəsində xarici investorların yerli bazara cəlb edilməsi, onların  bazarda iştirakının təşviq edilməsi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”,- Mərkəzin məlumatında deyilir.

 

Qeyd edək ki, modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” cari ilin 27 may tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Xalq Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanmışdır.

02.08.2019 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ