Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qara Dəniz Ticarət və İnkişaf Bankı cəlb etdiyi 10 milyon manatı bu banka verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qara Dəniz Ticarət və İnkişaf Bankı cəlb etdiyi 10 milyon manatı bu banka verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan Manatında istiqraz emissiya edərək cəlb etdiyi 10 milyon manat “Turanbank” vasitəsilə kiçik sahibkarlığa yönəldiləcək”

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, bunu jurnalistlərə "PAŞA Bank"ın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.

 

Qeyd edək ki, Azərbaycanda beynəlxalq qurumu tərəfindən Manatda ilk dəfə istiqraz buraxılışının anderrayteri “PAŞA Kapital nvestisiya Şirkəti" QSC olub.

 

“Əldə olunan vəsaitlər “Turanbank” vasitəsilə kiçik sahibkarlığa yönəldiləcək. Kiçik sahibkarlar həmişə faiz məsələlərindən əziyyət çəkiblər. Düşünürəm ki, bu vəsait “Turanbank” tərəfindən sahibkarlara nisbətən aşağı faizlər ilə təklif olunacaqdır. Çünki layihənin məqsədi kiçik sahibkarlara dəstəkdir. Ən əsas məsələlərdən biri də budur ki, artıq beynəlxalq qurumun Azərbaycanda  neçə faizlə vəsait cəlb edə biləcəyi bilinir”,- Bəhruz Nağıyev deyib.

 

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Manatda emissiya etdiyi istiqraz üzrə 9,25% müəyyən etsə də hərracda tələb böyük olub. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur.

 

Xəbər verdiyimiz kimi, 01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manatlıq korporativ istiqrazları üzrə hərrac keçirilib. Hərracda tələb təklifi 8 dəfə üstələyib. İstiqrazlara investorlar tərəfindən 63 sifariş ilə 85 milyon manatlıq tələb olub.

 

Ətraflı oxu: Azərbaycanda tarixi istiqraz yerləşdirilməsində rekord göstəricilər

 

Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

02.08.2019 12:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ