Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Araz Supermarket” kassada parça paket satışına başlamasını şərh etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Araz Supermarket” kassada parça paket satışına başlamasını şərh etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən gündən “Araz” supermarketlərində alış-veriş edən müştərilərə kassada 1 manata parça çanta da təklif olunur. İndiyədək polietilen paketlərdən ödənişsiz istifadə edən alıcıların çoxu parça çanta satışı barədə ətraflı məlumat almaq istəyirlər. Hətta bir sıra alıcılar yaxın gələcəkdə “Araz” supermarketlərində müştərilərə sellofan (plastik) torbalar verilməyəcəyini və 1 manat ödəyib parça çanta almaq lazım gələcəyini düşünür.

 

Reklam_3_11

Məsələ ilə bağlı çoxsaylı suallar olduğundan “Araz Supermarket” şirkətinə müraciət etdik.

 

“BİZ YERLİ ŞƏBƏKƏ OLARAQ İLK ADDIMI ATDIQ”

 

Şirkətin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Billurə Əmirova “Marja”ya bildirdi ki, “Araz Supermarket” polietilen paketlərin alıcılara ödənişsiz verilməsini dayandırmır, parça çantaların satışında məqsəd təbiət üçün zərərli olan plastik paketlərdən istifadəni azaltmaqdır:

 

“BMT- nin “Qlobal məqsədlər” adlanan Dayanıqlı İnkişaf Məqsədləri mövcuddur ki, özündə 17 məqsədi əhatə edir. 2016- cı ildən qüvvəyə minən Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Qlobal məqsədlərdən üçü məhz ətraf mühitin mühafizəsi ilə bağlıdır.

 

Araz Supermarketlər Şəbəkəsi olaraq ətraf mühitin mühafizəsinə həssaslıq nümayiş etdirmək istəyirik. Məlumat üçün bildirik ki, Araz Supermarketlər Şəbəkəsində təndir çörəyi, un məmulatlar kağız paketlərdə təklif olunur.

 

Bu gün dünyada bu istiqamətdə maraqlı trendlər mövcuddur, ətraf mühitin mühafizəsi ölkəmizdə də kifayət qədər həssas mövzudur.

 

Biz də yerli şəbəkə olaraq bu istiqamətdə ilk addımı atdıq. “Təbiəti qorumaq mənim əlimdədir” devizi ilə müştərilərimizi polietilen paketlərdən istifadəni azaltmaqla təbiətə töhvə verməyə səsləyirik.

 

“BU PAKETLƏR BİRDƏFƏLİK DEYİL”

 

Bəli, müştərilərimiz Araz marketlərə daxil olarkən polietilen paketlərlə yanaşı parçadan hazırlanmış eko paketlərlə qarşılaşacaqlar. Biz dəyərli müştərilərimizə xüsusi dizaynda tərtib edilmiş, nəinki alış-veriş zamanı, hətta gündəlik həyatlarında da istifadə edə biləcəkləri parça paketlər təklif edirik. Onu da deyim ki, eko çantalar uzun müddətli istifadə üçün nəzərdə tutulub. Yəni bu paketlər birdəfəlik deyil. Hətta, dənizkənarına, piknikə, istirahətə gedəndə də bu paketlər əlimizdən tuta bilər".

 

“Araz Supermarket” gələcəkdə müxtəlif dizaynda və ölçüdə eko paketlər də təklif etməyi nəzərdə tutur.

 

Qeyd edək ki, eko çantalar ilkin olaraq şəbəkənin 15 filialında satılır.

06.08.2019 08:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ