Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PAŞA Bank QDTİB-ın ilk istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank QDTİB-ın ilk istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın dəstəyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ölkənin kapital bazarlarında milli valyutada ilk istiqraz buraxılışını uğurla həyata keçirib".

 

Bu barədə PAŞA Bandan "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

Məlumatda qeyd edilib ki, istiqrazların yerləşdirilməsi açıq auksion metodu ilə həyata keçirilmişdir və bazar iştirakçılarının böyük marağına səbəb olmuşdur. Auksion nəticəsində 10 milyon manatlıq istiqraz həcminə ümumi tələb 81 milyon manatdan çox təşkil etmiş, orta illik faiz dərəcəsi 7,16%, maksimal faiz həddi isə kəsmə qiymət üzrə 7.25% həcmində qeydə alınmışdır.

 

“Biz şadıq ki, beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçirilən ilk emissiya Qara Dəniz Ticarət və İnkişaf Bankı və PAŞA Bankın birgə səyləri və məhsuldar tərəfdaşlıq nəticəsində baş tutub. PAŞA Bank bu emissiyanın həyata keçirilməsində əsasən məsləhətçilik xidməti göstərir və mən əminəm ki, bu layihə bütün lokal qiymətli kağızlar bazarının dayanıqlı inkişaf etməsinə müsbət təsir edəcək və təşkilatlarımız arasında uğurlu iş münasibətlərin başlanğıcının təməli olacaqdır”, - deyə PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.

 

Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə nəşrinin "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.  

02.08.2019 14:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ