“Turanbank”dan cəlb etdiyi 10 milyon manat ilə bağlı açıqlama

“Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən yerli valyutada cəlb edilmiş vəsait Bankımızın strategiyasına müvafiq olaraq mikro, kiçik və orta sahibkarlara dəstək proqramları çərçivəsində qeyri-neft sektorunun, regionların inkişafına yönəldiləcəkdir”.

 

“Marja”nın məlumatına görə, bunu “Turanbank”ın İdarə Heyətinin sədr müavini Orxan Qarayev Azərbaycan qiymətli kağızlar bazarında Qara Dəniz Ticarət və İnkişaf Bankının ilk istiqraz emissiyası ilə bağlı keçirilmiş tədbirdə çıxışı zamanı bildirib.

 

“Bankımızın əsas məqsədi hər zaman real sektorun, xüsusilə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıraraq sahibkarlıq subyektlərinin inkişafına dəstək verməkdir. Bu istiqamətdə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığa böyük önəm veririk. O cümlədən,  “Turanbank” 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir. “Turanbank” həm daxili resursları, həm də beynəlxalq təşkilatlardan cəlb etdiyi vəsaitlər hesabına ölkənin müxtəlif regionlarında real sektora davamlı dəstək göstərməkdə davam edir”,- Orxan Qarayev deyib.

 

Xəbər verdiyimiz kimi, beynəlxalq maliyyə təşkilatı tərəfindən ilk dəfə Azərbaycan Manatında istiqraz buraxılıb. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı hər birinin nominal dəyəri 1000 manat olan 10 min ədəd istiqraz emissiya edib.  01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manatlıq korporativ istiqrazları üzrə hərrac keçirilib.Hərrac nəticəsində 10 milyon manatlıq istiqraz həcminə ümumi tələb 81 milyon manatdan çox təşkil etmiş (8 dəfə çox), orta illik faiz dərəcəsi 7,16%, maksimal faiz həddi isə kəsmə qiymət üzrə 7.25% həcmində qeydə alınmışdır.

2 Avqust 2019 , 17:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin