"Azər-Türk Med" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ersadık Turan təsisçilikdən çıxır.
"Marja" MMC-nin elanına istinadən xəbər verir ki, təsisçinin təsisçilikdən çıxması ilə əlaqədar "Azər- Türk Med" MMC-nin kapitalı azaldılacaq.
"Azər- Türk Med" MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilələr.
Qeyd edək ki, Türkiyədə Ankara şəhəri Ali Hacettepe Universitetinin Tibb Fakültəsində təhsil almış Dr. Ersadık Turan təsisçi olmaqla bərabər "Azər Türk Med" Klinikasının əsas həkimlərindən biri və baş həkimidir. Ersadık Turan süni mayalandırma üzrə ixtisaslaşıb.
"Azər-Türk Med" Tibb Mərkəzi 2007-ci ilin sentyabr ayından fəaliyyət göstərir.