Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qiymətli kağızlar bazarının 75 faizi Mərkəzi Bankın notları ilə bağlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətli kağızlar bazarının 75 faizi Mərkəzi Bankın notları ilə bağlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin birinci yarısında investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 milyard 176,3 milyon manat həcmində əməliyyat aparılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.

 

Reklam_3_11

Əməliyyatların 85%-i (6 milyard 957,5 milyon manat) ilkin bazarda, 15%-i (1 milyard 218,8 milyon manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%, təkrar bazar əməliyyatları isə 11% artıb.

 

Əməliyyatların 75%-i və ya 6 milyard 135,5 milyon manatı Mərkəzi Bankların notları üzrə olub.

 

Korporativ qiymətli kağızlar

 

2019-ci ilin birinci yarısı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% (756 milyon manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 470 milyon manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızların ilkin bazarında 19% artım müşahidə olunub.

 

Dövlət qiymətli kağızları

 

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 11% artaraq 6 milyard 656 milyn manat təşkil edib. Bunun 520 milyon manatını dövlət istiqrazları, 6 milyard 135,5 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 17 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 26 hərrac keçirilib və müvafiq olaraq, 325 milyon manat və 5 milyard 951 milyon manat məbləğində yerləşdirmə olub.

 

Repo əməliyyatları

 

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 437,8 milyon manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 266 milyon manat təşkil edib.

03.08.2019 03:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ