Beynəlxalq maliyyə təşkilatının istiqrazı Bakıda 16 əqd üzrə yerləşdirilib
Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan Manatında emissiya etdiyi 10 milyon manatlıq istiqrazı 16 əqd üzrə yerləşdirilib.
“Marja” Bakı Fond Birjasına istinadən xəbər verir ki, ən kiçik əqdin məbləği 104 min 30 manat, ən böyük əqdin məbləği isə 2 milyon 160 min 952 manat təşkil edib.
66 əqddən 6-sının məbləği 1 milyon manatdan yüksək olub. Cəmi 1 əqdin məbləği 2 milyon manatdan yüksəkdir.
Nominal qiyməti 1000 manat olan istiqrazlar hərracda 1036,9251 manat - 1051,40 manat aralığında qiymətlərə yerləşdirilib.
Xəbər verdiyimiz kimi, 1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilmişdir. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 milyon manat məbləğində sifariş toplanmışdır. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələmişdir. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 sifariş təqdim olunmuşdur.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilmişdir. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 22 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
3 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
3 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
3 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
4 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
4 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"